“Azərbaycana “Delta” ştammının gəlməsi gözlənilən idi”  - Hande Harmancı

13:00 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Artıq Azərbaycana koronavirusun “Delta” ştammı gəlib. Bu da gözlənilən idi”.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

ÜST rəsmisi ştammın daha yoluxucu olduğunu bir daha xatırladıb:

“Bu səbəbdən də daha çox insanı xəstələndirə bilər”.

H.Harmancı bu ştamma qarşı xüsusi tədbirlərin görülməsinə ehtiyac olmadığını deyib:

“Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, hər zaman dediyimiz kimi gigiyenik qaydalara əməl etmək lazımdır”.